"Suriya məsələsi yenidən müzakirə olunacaq",C. Kerri

ABŞ dövlət katibi Suriyada əməliyyatların həlli üçün müəyyən bir tarixi qarşılarına məqsəd qoyduqlarını, lakin bu məsələdə şübhələr yarandığını söyləyib.

416275
"Suriya məsələsi yenidən müzakirə olunacaq",C. Kerri

ABŞ dövlət katibi Con Kerri Suriyada əməliyyatların həlli üçün müəyyən bir tarixi qarşılarına məqsəd qoyduqlarını, lakin bu məsələdə şübhələr yarandığını söyləyib.
Con Kerri Vyanada Suriya məsələsi ilə bağlı keçirilən toplantıdan əvvəl Amerika sülh institutunda bununla bağlı çıxış edib.
Kerri Suriya böhranının həlli və DEAŞ-la mübarizə üçün diplomatik səylərin göstərilməsini və maraqlı tərəflərin bir masada olmasını vurğulayıb.
ABŞ dövlət katibi Bəşər Əsədin taleyi ilə bağlı hələ ki Rusiya ilə ortaq məxrəcə gəlmədiklərini, lakin bunun müzakirə üçün mane olmayacağını deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr