Nümayişçilər İranın Azərbaycanlılardan üzr istəməsini tələb edir

İranda IRIB TV 2 televiziya kanalı yayımladığı "Fitil" uşaq proqramında türkləri təhqir etdiyi üçün ölkəni etiraz nümayişləri bürüyüb.

414732
Nümayişçilər İranın Azərbaycanlılardan üzr istəməsini tələb edir

  Kanalın sözü gedən verilişinin cümə günü buraxılışında otelin pis iy verməsindən şikayət edən, Azərbaycan türkcəsində danışan ata-oğula qəbul işçisinin: “Sizin ağzınız iylənir, çünki dişlərinizi tualet fırçasıyla təmizləyirsiniz” deməsi Azərbaycan türklərinin kəskin reaksiyasına səbəb olub.

  Paytaxt Tehranla yanaşı, Təbriz, Urmiya, Zəncan və Ərdəbil kimi türk şəhərləri etiraz nümayişlərinə qalxıb.

  Fəallar İranda türklərə təhqir siyasətinə son verilməsini, ana dilləri olan Azərbaycan türkcəsinin rəsmi dil olmasını və Azərbaycan xalqından rəsmi orqanlar tərəfindən üzr istənilməsini tələb ediblər.

  İran polisi hərəkata sərt reaksiya göstərərək nümayişçilərin üzərinə plastik güllə və bibər qazı sıxıb, onlarla adam həbs olunub.

  Etirazların kütləvi şəkil aldığını görən İran Radio Televiziyasının Baş direktoru Məhəmməd Sərəfraz İran türklərindən üzr istəyib və həmin verilişin heyətindən bəzilərini işdən azad etdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr