Azərbaycanın harayına Azərbaycan Respublikasından əks-səda

İranın dövlət televiziyanın uşaq proqramında Azərbaycan türklərinə alçaldıcı ifadələr işlədilməsinə etirazlar davam edir.

414846
Azərbaycanın harayına Azərbaycan Respublikasından əks-səda

  İranda Güney Azərbaycan türklərinin sıx yaşadığı bölgələrdə keçirilən nümayişlər Azərbaycan Respublikasında da əks-səda doğurub. Paytaxt Bakı etiraz nümayişlərinə səhnə olub.

  İranın Azərbaycandakı səfirliyi qarşısında toplanan qrup İran səfirliyinə qınama məktubu ünvanlayaraq etirazlarını bildiriblər.

  Xatırladaq ki, keçən cümə günü İranın dövlət tv kanalının uşaq proqramında Azərbaycan türklərinə həqarətli ifadələr işlədilmişdi. O gündən bu yana İranın Azərbaycan şəhərlərində etiraz nümayişləri təşkil və davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr