Rusiya və Suriya müxalifəti ǝməkdaşlıq mövzusunda razılaşıb

İŞİD-ə qarşı birgə mübarizə aparmaq üçün əməkdaşlıq qrupları yaradılıb.

362730
 Rusiya və Suriya müxalifəti ǝməkdaşlıq  mövzusunda razılaşıb

Rusiya Müdafiə Nazirliyi və Suriya müxalifəti arasında İŞİD-ə qarşı birgə mübarizə aparmaq üçün əməkdaşlıq qrupları yaradılıb. Bu haqda ilkin məlumatı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Andrey Kartapolov yayıb. General-polkovnikin sözlərinə görə, yaradılan qrupların tərkibi və vəziyyəti hazırda ictimaiyyətə açıqlanmayacaq. Sözügedən qruplar İŞİD-ǝ qarşı mübarizə istiqamətində birgə fəaliyyət göstərəcəklər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr