Azərbaycanda da Türkiyə ilə eyni gündə Milli Məclisə seçkilər ke

Seçici fəallığı 55,7 faiz olan seçkilərdə 2 milyon 900 minə yaxın səs verilib.

362126
Azərbaycanda da Türkiyə ilə eyni gündə Milli Məclisə seçkilər ke

Azərbaycanda da Türkiyə ilə eyni gündə Milli Məclisə seçkilər keçirildi.
Seçici fəallığı 55,7 faiz olan seçkilərdə 2 milyon 900 minə yaxın səs verilib.
Ötən seçkidəki seçici fəallığı 5 faiz artıb. Azərbaycanın Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin məlumata görə Yeni Azərbaycan Partiyasından 72, digər 10 partiyadan isə ümumilikdə 12 millət vəkili seçilib.
41 millət vəkili isə müstəqil olaraq seçilib. Seçkinin nəticələrinə görə, 26 millət vəkili ilk dəfə Milli Məclisə üzv olacaq. Müşahidəçilər seçkilərin şəffaf və demokratik keçdiyini bildirirlər.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası 20 gün ərzində son nəticələri açıqlayacaq. Konstitusiya Məhkəməsi bu nəticələri təsdiqləyəndən sonra millət vəkilləri vəzifələrinin icrasına başlayacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr