1 ayda həyatını itirən fələstinlilǝrin sayı 73-ǝ yüksəldi

Nümayişlər qarşıdurmalara gǝtirib çıxardı.

407389
1 ayda həyatını itirən fələstinlilǝrin sayı 73-ǝ yüksəldi

İsrail əsgərlərinin hücumları nǝticǝsindǝ Qəzza zolağında oktyabr ayından bu yana həyatını itirən fələstinlilǝrin sayı 73-ǝ yüksəldi.
Fələstin Səhiyyə Nazirliyindən verilǝn mǝlumata görǝ İsrail əsgərlərinin Əl-Xəlil şəhərində bir fələstinlilyə atəş açaraq ölümünǝ sǝbǝb olduqları və tǝcili yardımın müdaxiləsinə icazə verilmədiyi ifadə edildi.
İsrail əsgərlərinin hücumlarına mǝruz qalaraq həyatını itirənlərin 17-i uşaqdır.
Hücumlarda 1125 nǝfǝr hǝqiqi güllə, 949 nǝfǝr isə plastik mǝrmilǝrlǝ vurulmuşdur.
Yəhudi mühacirlər, avqust ayında Nablusda Devabişe ailəsinin evini yandırmış hadisədə ana, ata və 18 aylıq körpələri həyatını itirmişdir.
Bǝhs mövzusu hadisənin yol açdığı gərginlik, Məscid-i Əqsaya qǝdǝr gedib çıxmış, İordan çayının qərb sahili və Qəzzanın müxtəlif bölgələrində təşkil edilən nümayişlər qarşıdurmalara gǝtirib çıxarmışdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr