İnsan Haqlarını Müşahidə Təşkilatı Rusiyadan istintaq başlatması

İnsan Haqlarını Müşahidə Təşkilatı oktyabrın 15-də Homsun şimalında 33-ü uşaq olmaqla 59 dinc sakinin ölməsi ilə nəticələnən iki hava hücumunu Rusiyanın gerçəkləşdirdiyini güman edir.

358515

Təşkilat hadisənin müharibə cinayətkarlığı olduğunu bildirərək Rusiyadan bu hücumu həyata keçirənlərə qarşı istintaq başlatmasını istəyib.
Təşkilatın açıqlamasına görə səhiyyə işçilərinin, eləcə də yerli fəalların verdiyi məlumata əsasən Homsun şimalındakı Qantu kəndinə hücum zamanı Assaf sülaləsindən 32-si uşaq, 12-si qadın, 46 dinc sakin olaraq həyatını itirib.
Açıqlamada, öldürülən insanların Azad Suriya Ordusunun yerli komandanlığından birinin qohumu olduğu, lakin komandirin hücum zamanı cəbhədə olduğu qeyd edilib.
İkinci hava hücumunda isə Tər Maaləh qəsəbəsi yaxınlığındakı bir nöqtənin hədəfə alındığı, 13 dinc sakinlə yanaşı Suriya Ordusundan bir komandirini ayrılaraq Azad Suriya Ordusuna qatıldığı bildirilir.
İnsan Haqlarını Müşahidə Təşkilatının Orta Şərq ölkələri üzrə direktorunun köməkçisi Nədim Houry Rusyanın dinc sakinləri qorumaq üçün bütün qabaqlayıcı tədbirlərin görüldüyünü açıqlayıb.
"Dinc sakinlərin gedə biləcəyi yer yoxdur. Rusiya və Suriya Orduları tərəfindən vurulmadan gedə biləcək olsalar köç edəcəklər"-deyǝ kömǝkçi vurğulayıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr