Kosovada Məclis yenə qarışdı

Kosovo Milli Məclisində təxminən iki aydır davam edən müxalifət etirazları yenə davam edir.

398883
Kosovada Məclis yenə qarışdı

  Serb Bələdiyyələr Birliyinin qurulmasıyla bağlı qanuna etiraz edən müxalifət partiyasının millət vəkilləri Parlament heyətinə yenə gözyaşardıcı qaz sıxıb. Məclis sədri Kadri Veseli yığıncağa fasilə vermək məcburiyyətində qalıb. İqtidar deputatları isə Parlament binasının başqa salonunda yığıncağa davam edərək gündəmdəki mövzuları müzakirə və təsdiq ediblər.

  Binadan kənarda etiraz edən müxalifət dəstəkçilərinə isə polis müdaxiləsi olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr