Səudiyyə Ərəbistanı ilk dəfə olaraq qadınlara seçki haqqı verdi

Səudiyyə Ərəbistanında 12 dekabrda keçiriləcək Bələdiyyə Seçkilərində qadınlara ilk dəfə olaraq seçmə və seçilmə haqqı verildi, amma bəzi şərtlər qoyulmaqla.

354721
Səudiyyə Ərəbistanı ilk dəfə olaraq qadınlara seçki haqqı verdi

  Bələdiyyə Seçki Mərkəzi Komissiyası bununla bağlı ölkədə qadınlarla əlaqədar bir çox qadağaların hələ etibarlı olduğunu xatırladıb. Məsələn, qadın namizədlər broşur fotoşəkilləri etməyəcək, kişilərlə birbaşa (üz-üzə) danışmayacaq, seçki kampaniyasında iştirak etmək üçün öz adından bir kişi nümayəndə təyin edəcək, əks halda, 2600 dollar pul cəzası ilə cərimələnək. Eyni zamanda, qadın səs verənlər də kişi namizədlərlə birbaşa danışa bilməzlər.

  Bələdiyyə Seçki Mərkəzi Komissiyası onu da bildirib ki, qadınlar ölkə daxilində 1163 seçki məntəqəsindən yalnız onlara aid olan 424-ündən səs verə bilərlər.

  Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlar 2005 və 2011-ci illərdə edilən Bələdiyyə Seçkilərində iştirak edə bilməyib. Əvvəlki Kral Abdullah ibn Əbdüləziz isə 25 sentyabr 2011-ci ildə Səudiyyə qadınlarının şəriət qaydaları əsasında namizəd və seçici olaraq 2015-ci il seçkilərinə qatılması barədə qərar çıxarıb.

  Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanında Bələdiyyə Seçkiləri üçün 366 qadın namizəd var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr