Suriyada qarşıdurmalar davam edir
Azad Suriya Ordusuna aid zirehli texnika məhv edilib
Rusiyanın Suriyadakı hava əməliyyatlarından sonra, Əsəd qüvvələri də quru əməliyyatlarına başlayıb. Hamanın şimalındakı, Əsəd gücləri ilə Azad Suriya Ordusu arasındakı qarşıdurmalar artır.
Bəzi silahlı qruplar tərəfindən dəstəklənən rejim gücləri, müxaliflərin İdlibdən Hamaya göndərilməsinə maneə törətməyə çalışır.
Rejim gücləri, Hamanın şimalında, Azad Suriya Ordusuna aid 16 tank, 4 zirehli vasitə və 3 topu məhv edib. Bu arada Suriya Baş qərargah Rəhbəri Əli Abdullah Əyyub, hərəkatın, Rusiyanın Suriya hökumətinə havadan təmin etdiyi hərbi dəstək sayəsində reallaşdırdığını açıqlayıb.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir