DEAŞ-ǝ qoşulanların sayı son bir ildǝ iki qatadǝk artaraq 30 min
Başqa ölkǝlǝrin vǝtǝndaşlarından terror tǝşkilatı DEAŞ-ǝ qoşulanların sayı son bir ildǝ iki qatadǝk artaraq 30 min olub.
Başqa ölkǝlǝrin vǝtǝndaşlarından terror tǝşkilatı DEAŞ-ǝ qoşulanların sayı son bir ildǝ iki qatadǝk artaraq 30 min olub.
ABŞ-ın mediasında yer tutan xǝbǝrlǝrǝ görǝ, görülǝn bütün tǝdbirlǝrǝ baxmayaraq 100 ölkǝdǝn ayda min insan Suriya vǝ İraqa daxil olaraq terror tǝşkilatına qatılıb.
Nyu-York Tayms qǝzetinin kǝşfiyyat vǝ konqres üzvlǝrinǝ ǝsaslandırdığı xǝbǝrdǝ bildirilib ki, terror tǝşkilatına qoşulanların sayında ABŞ-ın başçılığındakı koalisiyanın hava ǝmǝliyyatları, sǝrhǝd mǝntǝqǝlǝrindǝki tǝhlükǝsizlik tǝdbirlǝrinin artırılması, kǝşfiyyat mǝlumatlarının bölüşülmǝsi vǝ hǝr ölkǝnin öz daxilindǝ başqa bir sıra tǝdbirlǝr görmǝsinǝ baxmayaraq artım olub. Bu rǝqǝm keçǝn il 15 min idi.
Mütǝxǝssislǝrin fikrinǝ ǝsasǝn, DEAŞ xüsusilǝ sosial şǝbǝkǝ vasitǝsilǝ üzv toplama mövzusunda hǝlǝ dǝ çox fǝal işlǝyir.
Әlaqәli Xәbәrlәr
İraqdakı Kor-Mor təbii qaz yatağı hədəf alınıb, ölən və yaralananlar var
Hücumdan sonra Kor-Mor təbii qaz yatağında yanğın baş verib.