İŞİD-ǝ qarşı mübarizǝ üçün informasiya mǝrkǝzi yaradılır

Rusiya, Suriya, İraq və İran İŞİD terror qruplaşması ilə mübarizənin əlaqələndirilməsi üçün İnformasiya Mərkəzi yaradırlar.

392413
İŞİD-ǝ qarşı  mübarizǝ üçün informasiya mǝrkǝzi yaradılır

Rusiya, Suriya, İraq və İran Bağdadda İnformasiya Mərkəzinin yaradılmasına dair qərar qəbul ediblər. Mərkəzə sadalanan ölkələrin baş qərargahlarının nümayəndələri daxil olacaq.
Əldǝ edilǝn mǝlumata görə, mərkəzin əsas vəzifəsi Yaxın Şərq bölgəsində İŞİD-lə mübarizə çǝrçivǝsindǝ məlumatın toplanması, araşdırılması, təhlili, onun aidiyatı üzrə yönəldilməsi və qeyd olunan ölkələrin baş qərargahlarına operativ ötürülməsini təmin etmək olacaq.
Rusiya, Suriya, İran və İraq zabitləri yaradılan quruma rotasiya qaydasında rəhbərlik edəcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr