Atəşkəsi pozan tǝrǝf Əsǝd qüvvǝlǝri oldu 

Əsəd qüvvǝlǝri, Fua, Kafarya və Zebadani qǝsǝbǝlǝrinǝ avia hücum tǝşkil edib.

354143
Atəşkəsi pozan tǝrǝf Əsǝd qüvvǝlǝri oldu 

Suriyada, Əsəd qüvvǝlǝri, Fua, Kafarya və Zebadani bölgəsindǝ atəşkəsi nǝzǝrdǝ tutan razılaşmasını pozaraq, İdlib şǝhǝrinin Taftanaz rayonuna avia hücum tǝşkil ediblǝr. Barrel bombalarından istifadǝ edilǝn hücum nǝticǝsindǝ 6 vətəndaş həyatını itirib, çoxu ağır olmaqla onlarla adam yaralanıb. 

Rejim qüvvǝlirinin Taftanaz rayonunu hǝdǝf götürǝn hücumdan sonra müxalif vǝ Fəth ordusuna mǝnsub qüvvǝlǝr hǝrbi texnikalarla Fua və Kafarya qǝsǝbǝlǝrinǝ doğru irǝlilǝyiblǝr.
Suriya rejimi adından muhaliflerle danışıqlar aparan İranlı səlahiyyətlilər, tǝrǝflǝr arasındakı razılaşmaya ǝsasǝn, şiəlǝrin sıx yaşadıqları Fua və Kafarya rayonlarından aralarında qadın və uşaqların da olduğu 10 min nǝfǝrin, rejimin nəzarətində olan bir bölgəyə köçürülmǝsi müqabilindǝ paytaxt Dǝmeşqin Zebedani rayonundakı silahlı müxaliflərin yüngül silahlar ilǝ İdlibǝ keçişlǝrinǝ izacǝ verilǝcǝyini açıqlamışdılar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr