Məscid-i Əqsanın minbəri İsrail ǝsgǝrinin taptağı altında

Çıxan qarşıdurmada 26 nəfər ağır yaralandı

349989
Məscid-i Əqsanın minbəri İsrail ǝsgǝrinin taptağı altında

Məscid-i Əqsanın minbəri İsrail ǝsgǝrinin taptağı altında
Mǝscidi -i Əqsanın həyətində çıxan qarşıdurmada 26 nəfər yaralandı, qadağa davam edir. 

Yəhudilər üçün yeni ili  'Rosh Asana' tətili səbəbiylə Məscidi-Əqsaya qadağa davam edir.

İsrail əsgərləri ,müsəlmanların ziyarət etməsi 3 gündür qadağan olan Məscidi-i Əqsanın həyətinə girərək içəridəki camaata müdaxilə etdi.

Əsgərlər çǝkmǝlǝri ilǝ Məscidi-Əqsa məscidinin minbərinə çıxdı.

Məscidi-Əqsa müdürü Ömər Kisvani ,AA müxbirinə verdiyi xǝbǝrdǝ "Əqsanın damından müsəlmanların üzərinə göz yaşartıcı qaz, səs bombası yağdıran İsrail əsgərlərinin Məscid-i Əqsanın minbərinə çıxdıqlarını " çatdırdı. 

İsrail əsgərləri ilə fələstinlilər arasında Əqsanın həyətində çıxan qarşıdurmada 26 nəfər yaralandı. 

İsrail hərbi qüvvələri, ilk olaraq bazar günü Əqsaya girərək içəridəki müsəlman qruplarla çatışmış və müsəlmanların məscidə girişlərinǝ güc istifadə edərək maneə törətmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr