Bakının erməni-rus birliklərindən azad edilməsinin ildönümü

Azərbaycanı erməni-bolşevik rus şəbəkəsindən qurtaran Qafqaz İslam Ordusu 1130 əsgərin uyuduğu Bakı Türk Şəhidliyində təşkil edilən xatirə mərasimi ilə yada salınıb.

349925
Bakının erməni-rus birliklərindən azad edilməsinin ildönümü

  Türkiyənin Bakıdakı səfirliyinin təşkil etdiyi tədbirdə səfir İsmail Alper Coşkun, Hərbi Ataşe generalı İhsan Başbozkurt, səfirliyin müşavir və işçiləri, Azərbaycandakı Türkiyə təşkilatlarının nümayəndələri, iş adamları və vətəndaşlar iştirak edib.

  Birinci Dünya Müharibəsi illərində Azərbaycan hökuməti Xalq Cümhuriyyəti və Dağıstanın erməni-rus birləşmələrindən təmizlənməsi üçün Osmanlı İmperatorluğundan kömək istəyib, Hərbi nazir Ənvər Paşanın təlimatıyla qurulan Qafqaz İslam Ordusu Qafqaz cəbhəsində döyüşə yollanıb. Azərbaycanın Gəncə şəhərinə 25 may 1918-ci ildə çatan Qafqaz İslam Ordusundakı əsgərlərə burada min nəfər də qoşulub və əsgər sayı 12 minə olub.

  Göyçay, Salyan, Ağsu və Kürdəmir şəhərlərini erməni şəbəkələrindən təmizləyən Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını xilas edib.

  Qafqaz İslam Ordusu Bakının qurtuluşu üçün 1130 şəhid verib. Azərbaycanın Bakı, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala və Quba kimi bir çox bölgəsində bu şəhidlərin abidə məzarları var.

  Qeyd edək ki, 15 sentyabrda Qafqaz İslam Ordusu Bakini işğaldan azad etdikdən sonra 17 sentyabrda Azərbaycan Xalq Cümhuriyyəti paytaxtı Gəncədən Bakiya köçürüb.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr