Talibana ağır zǝrbǝ endirilib

“Taliban” üzvü 145 nǝfǝr öldürülüb.

348787
Talibana  ağır zǝrbǝ endirilib

Əfqanıstanda “Taliban” radikal hərəkatına qarşı hǝyata keçirilǝn əməliyyatlarda “Taliban” üzvü 145 nǝfǝr öldürülüb. Əməliyyatlar zamanı 12 əfqan əsgəri hǝyatını itirib.
Əfqanıstan Müdafiə Nazirliyindən verilǝn açıqlamada ölkədə son 48 saatda hökumət əleyhdarı silahlı qruplara qarşı aparılan əməliyyatlarda 145 “Taliban” üzvünün öldürüldüyü, 155-nin xǝsarǝt aldığı və 11 yaraqlının saxlanıldığı bildirilir. Ölkənin cənubundakı əməliyyatlarda isə 12 əfqan əsgəri həlak olub.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr