Koalisiya qüvvələri Husi hədəflərini bombalayıb

Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya Yəmənin paytaxtı Sana və Məğribdəki Husi hədəflərinə bombalı hücum təşkil edib.

377211
Koalisiya qüvvələri Husi hədəflərini bombalayıb

Hava hücumları zamanı Husilərə məxsus silah-sürsat anbarları hədəf götürülüb.
Hücum zamanı Yəməndən Somaliyə gedən 2 Hindistan balıqçı gəmisi də vurulub, nəticədə 7 nəfər itkin düşüb.
Hindistan Xarici İşlər Nazirliyi Yəməndən Somaliyə gedən 2 balıqçı gəmisinə havadan hücum təşkil edildiyini bildirib.
Gəmilərin kimin tərəfindən bombaladığına dair məlumat verilməyib.
Yəmənin Sahil Mühafizə rəsmiləri isə Səudiyyə Ərəbistanının 5 gəmiyə hücum təşkil etdiyini açıqlayıb.
Taiz şəhərində də Husiler ilə Dövlət Başçısı Mənsur Hadi tərəfdarları arasında baş verən toqquşma nəticəsində 5 nəfər ölüb, 20 nəfər də yaralanıb.
Digər tərəfdən, Beynəlxalq Valyuta Fondu (BVF) Səudiyyə Ərəbistanına büdcə kəsiri barədə xəbərdarlıq edib.
Fond Səudiyyə Ərəbistanının xərclərini azaltmayacağı təqdirdə ehtiyatda olan pulun sürətlə bitəcəyini bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının ehtiyatları neft qiymətlərinin enməsi və Yəməndəki müharibəyə görə 82 milyard dollar azalaraq 50 milyard dollara enib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr