Azərbaycan-Ermənistan cəbhə xəttində gərginlik davam edir

2015-ci ildə cəbhə xəttində 12 Azərbaycan əsgəri şəhid olub

415509
Azərbaycan-Ermənistan cəbhə  xəttində gərginlik davam edir

Azərbaycan-Ermənistan cəbhə xəttində gərginlik davam edir. Atəşkəsin pozulması və əsgərlərin şəhid olması ilə nəticələnən qarşıdurmaların davam etdiyi Azərbaycan-Ermənistan cəbhə xəttində son aylarda iri çaplı silahlardan, hətta mərmilərdən istifadə olunur. 1991-1993-cü illərdə, ermənilərin Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal etməsiylə nəticələnən döyüşün sonra, iki ölkə arasında 1994-cü ildə atəşkəs imzalanmasına baxmayaraq, təmas xəttində gərginlik bitmir. Qarşıdurmalarla əlaqədar gündəlik məlumat verən Azərbaycan Müdafiə Nazirliyi, “Son 10 gündə ən az 10 erməni əsgərinin öldürüldüyünü bildirib. Müdafiə naziri General-leytenant Zakir Həsənov, bu ilin iyun ayına qədər isə öldürülən erməni hərbçilərinin sayının 60 olduğunu qeyd edib. 2015-ci ildə cəbhə xəttində 12 Azərbaycan əsgəri şəhid olub. Azərbaycan tərəfi, xüsusilə dinc əhalinin öldürülməsinin qarşısını almaq məqsədi ilə cəbhə xəttinə yaxın kəndlərin ətrafına divar hörür. ATƏT-in Ermənistan ilə Azərbaycan arasındakı problemin həll edilməsi üçün yaradılan Minsk Qrupunun cəhdləri isə bu zamana qədər heç bir nəticə verməyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr