DEAŞ əleyhdarı Dürzi din adamı və 26 nəfər öldürüldü

Hücumlar Suriyanın Süveyda şəhərinin cənubunda olub.

374694
DEAŞ əleyhdarı Dürzi din adamı və 26 nəfər öldürüldü

  Dürzi din adamı Şeyx Vahid Əl-Balyus və onunla birlikdə olan adamlar yol kənarına park etmiş bomba yüklü başqa maşına yaxınlaşınca partlayış baş verib. Maşındakı 4 adam və ətrafdakı 14 vətəndaş həyatını itirib, 28-i isə yaralanıb.

  İkinci partlayış isə Dahr El-Cəbəl məhəlləsindəki xəstəxanaya yaralıların daşındığı zamanı törədilib. Partlayışda 8 nəfər ölüb, 22-si yaralanıb.

  Qeyd edək ki, həyatını itirən Dürzi din adamı Şeyx Vahid Əsəd rejiminə qarşı mühüm müxalifətçi kimi tanınır, eyni zamanda, DEAŞ əleyhdarı idi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr