Ukraynada yeni qadağa

Rusiya vətəndaşlarına televiziya və ya radio stansiyası qurmaq qadağan edildi

374218
Ukraynada yeni qadağa

Ukrayna, Rusiya vətəndaşlarının ölkədə televiziya və ya radio stansiyası qurmalarını qadağan edib.
Parlamentdə alınan qərara görə, bundan sonra Ukraynanın düşmən gördüyü ölkələrin vətəndaşlarına yayım stansiyaları qurma icazəsi verilməyəcək.
Qərarda, stansiya qurulduqda əsl sahiblərini bildirmə zəruriliyi də yer alıb.
Qeyd edək ki, Ukrayna daha əvvəl Rusiyaya kanalları kabelli sistemindən də çıxarmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr