İraqın Ənbar vilayətində 70 DEAŞ üzvü öldürülüb

Terror qruplaşması bir neçə gün əvvəl Ramadinin qərbində saxladığı 230 nəfəri sərbəst buraxıb

341945
İraqın Ənbar vilayətində 70 DEAŞ üzvü öldürülüb

İraqın Ənbar vilayətində DEAŞ terror təşkilatı ilə ordu arasında baş verən qarşıdurmada 70 DAEŞ üzvü öldürülüb. Terror qrupuna məxsus 12 avtomobil də ələ keçirilib. Bu arada DEAŞ, bir neçə gün əvvəl Ramadinin qərbində saxladığı 230 nəfəri sərbəst buraxıb.

Ənbar səlahiyyətliləri şəhərdəki elektrik dirəklərinə bağlanaraq əziyyət verilən vətəndaşların, sərbəst buraxıldıqdan sonra bəzilərinin xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd edək ki, Ratbedə Nezir əl-Kubeysi adlı vətəndaş, DEAŞ üzvünü öldürmüş, terror qrupu isə Kubeysini şəhərin mərkəzində, yaxınlarının gözləri qarşısında edam etmişdi. Hadisədən sonra yüzlərlə adam Kubeysi üçün təşkil edilən cənazə mərasiminə qatılmış, dəfndən sonra isə “DEAŞ”a qarşı etiraz aksiyası keçirmişdilər. DEAŞ isə nümayişdə iştirak edən 230 nəfəri qaçırmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr