Ukraynada etiraz aksiyası keçirilib

Konstitusiyaya ediləcək dəyişikliklər xalqın etirazına səbəb olub

372410
Ukraynada etiraz aksiyası keçirilib

Ukraynada konstitusiyaya ediləcək dəyişikliklər xalqın etirazına səbəb olub. Paytaxt Kiyevdə parlament binası qarşısına çıxanlarla təhlükəsizlik güvvələri arasında qarşıdurma yaranıb. Dövlət Başçısı Pyoter Poroşenkonun təklif etdiyi Konstitusiyaya dəyişikliyin parlamentdə təsdiqlənməsi xalqın etirazına səbəb olub. Təhlükəsizlik qüvvələri Parlament binasına daxil olmağa cəhd göstərən etirazçılara bibər qazıyla müdaxilə edib. Bölgədən şiddətli partlama səsi gəldiyi bildirilir. Qeyd edək ki, Konstitusiyaya dəyişikliklər, ölkənin şərqindəki bölgələrə xüsusi status verilməsini nəzərdə tutur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr