Rusiya ilǝ Misir arasında yeni dövr başlayır

Rusiya Dövlət Başçısı Vladimir Putin ilǝ hǝrbi çevriliş nǝticǝsindǝ iqtidarı ǝlǝ keçirǝn Misir prezidenti Abdulfəttah Es-Sisi cari ildǝ üçüncü dəfə bir araya gǝlib.

370004
Rusiya ilǝ Misir arasında yeni dövr başlayır

Putin, Rusiyanın paytaxtı Moskvadakı Kreml Sarayında baş tutan görüşdǝndǝn sonra tǝşkil edilǝn birgǝ mǝtbuat konfransında qarşılıqlı olaraq yüksǝk seviyyǝdǝ reallaşdırılan sǝfǝrlǝr, Misir-Rusiya əlaqələrinin inkişafına təkan verir deyib.
Rusiya və Misir arasındakı ən böyük layihə hesab edilǝn və Misirdə inşa edilməsi planlaşdırılan nüvə stansiyasına dair işlərin sonuna çatıldığını xatırladan Rusiya Dövlət Başçısı Putin, Misirə Rus istehsalı Suhoy marka sərnişin təyyarəsi satışı ilǝ bağlı tǝhlil vǝ danışıqların davam etdiyini vurğulayıb.
İki ölkə arasındakı əməkdaşlığın irǝli pillǝlǝrǝ qalxaraq davam edǝcǝyini ifadǝ edǝn Misir prezidenti Sisi dǝ, Rusiyanın Misirə qarşı mülayim siyasǝt izlǝdiyini bu sǝbǝbdǝn minnǝtdarlığını bildirdiyini, beynəlxalq problemlərin həlli mövzusunda Rusiya ilə həmfikir olduqlarını qeyd edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr