Macarıstan qaçaq immiqrantlara qarşı məftil çəkir

Tarixin ən böyük immiqrant axınına məruz qalan Macarıstan qeyri-qanuni köçün qarşısını almaq üçün Serbiya sərhədini dəmir məftillərlə bağlamağa məcbur olub.

369394
Macarıstan qaçaq immiqrantlara qarşı məftil çəkir

  Yunanıstan və Makedoniya üzərindən Serbiyaya qaçan minlərlə immiqrant Avropa İttifaqının üzvü Macarıstana üz qoyub.

  Rekord ədədlərə çatan immiqrantlar Budapeşt rəhbərliyini hərəkətə keçməyə məcbur edib.

  Macarıstan Serbiya ilə 175 kilometrlik sərhədinə çəkməyə başladığı məftilin istehsalına sürət verib.

  Səlahiyyətlilər məftilçəkmə işinin 31 avqusta qədər bitəcəyini bildirib.

  Qeyd edək ki, 2015-ci il avqust ayının əvvəlindən Macarıstana 110 min qaçqın müraciət edib. Amma təkcə bazar ertəsi günü ölkəyə 2100 immiqrant girib.

  Köçəri axınını narahatlıqla izləyən Avropa İttifaqı rəsmiləri Macarıstana kömək etməyə hazır olduqlarını bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr