Livanda etiraz aksiyaları davam edir

Livanın paytaxtı Beyrutda zibillərin toplanmamasını etiraz edən minlərlə aksiyaçı vǝ polis arasında qarşıdurma baş verib.

339749
Livanda etiraz aksiyaları davam edir

İnzibatı qüvvǝlǝrinin nümayişçilərə təzyiqli su və göz yaşartıcı bomba ilə müdaxiləsinǝ görǝ baş verǝn qarşıdurma nǝticǝsindǝ 30-u polis ǝmǝkdaşı olmaqla 73 nǝfǝr xǝsarǝt alıb.
Hadisǝlǝrdǝn sonra açıqlama verǝn Baş nazir Tammam Sǝlam, nümayişçilərin nümayəndələri ilə bir araya gǝlmǝkdǝ hazır olduğunu bildirib. Aksiyalar zamanı hǝddǝn artıq gücdǝn istifadǝ edǝn təhlükəsizlik qüvvǝlǝrinin cǝzalandırılacağını ifadǝ edǝn Sǝlam, həftə içində keçirilǝcǝk nazirlər kabineti yığıncağında mǝsǝlǝnin müzakirǝ edilǝcǝyini, lazım gǝlirsǝ baş nazirlik vǝzifǝsindǝn belǝ istefa edǝcǝyini qeyd edib.
Qeyd edǝk ki. Beyrutda tullantıların töküldüyü yer dolduğu üçün ötǝn aydan bǝri şəhərdə zibillǝr toplanmır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr