İraq DEAŞ ilə mübarizəyə davam edir

Terror təşkilatı DEAŞ İraqın Ramadi şəhərində orduya məxsus konvoya bomba təçhizatlı avtomobil ilə təşkil etdiyi hücum nəticəsində 50 əsgər həyatını itirib.

340009
İraq DEAŞ ilə mübarizəyə  davam edir

Ölkənin Ənbar, Səlahəddin və Ninova şəhərlərində isə baş verən qarşıdurmalarda terror təşkilatı DEAŞ üzvü 90 terrorçu zərsizləşdirilib.
Beynəlxalq koalisiyanın Ənbara bağlı Ər-Ratbe və Əl-Kaim qəsəbələrindəki DEAŞ hədəflərinə təşkil etdiyi avia hücumlar nəticəsində isə 40 terrorçu da yaralanıb.
Koalisiya qüvvələrinin Ninovadakı terror təşkilatı mövqelərinə isə 12 avia zərbə endirib.
Digər tərəfdən paytaxt Bağdadda təşkil edilən bombalı hücumlarda 7 nəfər ölüb, 19-da yaralanıb.
Qeyd eedək ki, hücumların məsuliyyətini boynuna götürən olmayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr