DEAŞ-a daha bir zərbə

Təşkilatın 2-ci şəxsi öldürülüb.

337901
DEAŞ-a daha bir zərbə

Təşkilatın 2-ci şəxsi öldürülüb.
Ağ Ev terror təşkilatı DEAŞ-də ikinci şəxs olaraq tanınan Fadıl Әhmǝd əl-Xəyalinin öldürüldüyünü açıqlayıb.
Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prayz yazılı açıqlamasında “Hacı Mutaz” olaraq da bilinən Xəyalinin 18 avqust tarixində İraqın Mosul şəhəri yaxınlığına səyahəti zamanı ABŞ-ın hava hücumu nəticəsində öldürüldüyü bildirilib.
Xəyalinin yanında DEAŞ-ın media operatoru Abu Abdullahın da olduğunu ifadə edilir. Prayz böyük diametrdəki silahlar, partlayıcı vasitələrlə ordu təşkilatçılarının İraq və Suriyadakı yer dəyişməsini koordinasiya edən Xəyalinin öldürülməsinin DEAŞ-ın əməliyyatlarına mənfi təsir edəcəyini də qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr