Türk Dünyası Beynəlxalq Xəbər Kanalına doğru

Beynəlxalq Türk Xəbər Kanalının qurulması üçün protokol imzalanıb

333079
Türk Dünyası Beynəlxalq Xəbər Kanalına doğru

Türk Dilli Ölkələrin Əməkdaşlıq Birliyi Şurasına üzv ölkələr Qazaxıstanın paytaxtı Astanada görüşüb. Üzv ölkələrin nazirləri və media nümayəndələrini bir yerə toplayan yığıncaqda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın milli televiziya kanalları arasında Beynəlxalq Türk Xəbər Kanalının qurulması üçün protokol imzalanıb. Türk Dünyasının tənqidlərə məruz qaldığından danışan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türk Dünyası Xəbər Kanalının doğru məlumatlandırma baxımından tarixi əhəmiyyətə sahib olduğunu ifadə edib. “TRT Avaz”ın bölgədəki müvəffəqiyyətini nümunə göstərən Əli Həsənov, Beynəlxalq Türk Xəbər Kanalının Türk dilli ölkələrin məlumat mübadiləsi və ünsiyyətində məhsuldar bir dövrü başladacağını qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr