İraqda 4 nazirlik lǝğv edilir

İraq hökumǝti iqtisadi böhrandan xilas olmanın yollarını axtarır

330177
İraqda 4 nazirlik lǝğv edilir

İraqda hökumətin, ictimai xərclərinin azaldılmasını nǝzǝrdǝ tutan layihǝ çərçivəsində kabinet üzvlərinin sayı 33-den 22-ye salınıb.
İraq Baş naziri Heydər əl-Abadinin açıqladığı qərarlara görə dörd nazirlik lağv edilecek, dörd nazirlik da başqa nazirliklǝrin tǝrkibinǝ daxil edilicǝk.
Lağv edilecek nazirliklər arasında qadın və insan hüquqları nazirlikləri ilə iki dövlət nazirliyi yer tutur.
Hökümǝtin ötǝn həftə qǝbul etdiyi qǝrarla üç baş nazir müavini ilǝ üç prezident müavini postu lǝğv edilmişdi.
İraq, iqtisadi böhran vǝ ölkǝdǝ elektriyin kǝsilmǝsi sǝbǝbiylǝ ötǝn ay etiraz aksiyalarına sǝhnǝ olmuş vǝ şiəlǝrin ǝn qabaqcıl dini lideri Ayətullah Sistani islahatların hǝyata keçirilmǝsi haqda çağırış etmişdi.
Baş nazir Abadi də, 9 Avqustda iqtisadi böhranı aradan qaldırmaq üçün dövlət xərclərini məhdudlaşdıran bir qənaət planı açıqlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr