Suriya böhranının həll olunması yolunda Rusiya

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriya Müxalifət və İnqilabçı Güclər Milli Koalisiyasının (SMDK) sədri Xalid Hocayla görüşüb. Eyni zamanda, ABŞ dövlət katibi Con Keri (John Kerry) ilə telefonda danışıb.

326545
Suriya böhranının həll olunması yolunda Rusiya

  Lavrov və Keri Suriya böhranının həlli mövzusunda müxalifət və hökumət nümayəndələrinin ortaq bir müzakirə masasına oturmasını lazım hesab ediblər.

  Lavrov Suriya Müxalifət və İnqilabçı Güclər Milli Koalisiyasının sədri Xalid Hoca ilə Suriya müxalifətinin tək bir dam altında birləşməsi və terrorizmə qarşı mübarizə məsələlərindən danışıb.

  Rusiya Xarici İşlər naziri ölkəsinin Qərb və Orta Şərq ölkələri ilə birlikdə terrorizmə qarşı ortaq mübarizəyə hazır olduğunu söyləyib, eyni zamanda, Moskvanın Suriyada hərbi yolla həllə qarşı olduğunu bildirib.

  Rusiya İraq və Suriya hökumətləri, Kürd rəhbərlikləri və regional güclərdən ibarət ortaq bir koalisiya quraraq terror təşkilatı DEAŞ-a qarşı mübarizə aparmağı hədəfə alıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr