250 nəfər 25 il müddətinə azadlıqdan məhrum edilib

Bu şəxslərin aralarında Müsəlman Qardaşlar Təşkilatının öndə gələn şəxslərinində adları var.

323586
250 nəfər 25 il müddətinə azadlıqdan məhrum edilib

Misirin İsgəndəriyyə Hərbi Məhkəməsi ölkənin şimalında olan əl-Buheyra vilayətində 2013-ci ildə meydana gələn şiddətli hadisələrin təşkilində günahlandırılan şəxslər haqqında hökm çıxarıb. Hökmə əsasən 207 nəfərə 5-15 il arasında dəyişən həbs cəzaları verilib, 54 nəfər isə bəraət alıb. Məhkəmənin 25 il həbs cəzası verdiyi Müsəlman Qardaşlar Təşkilatının üzvüləri arasında ölkə xaricində olan keçmiş millət vəkili Məhəmməd Camal Haşmet ilə sabiq Buheyra valisi Usamə Süleymanın yanında hələ qaçaq olan təşkilatın Buheyra ofisinin rəhbəri Məhəmməd Süveyda da var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr