İraqda islahatlar hǝyata keçirilǝcǝk

Toqquşmalara sǝhnǝ olan İraq digǝr tǝrǝfdǝn dǝ rüşvǝt hadisǝlǝrilǝ mübarizǝ edir.

322696
İraqda islahatlar hǝyata keçirilǝcǝk

Toqquşmalara sǝhnǝ olan İraq digǝr tǝrǝfdǝn dǝ rüşvǝt hadisǝlǝrilǝ mübarizǝ edir.
Baş nazir Әl Әbadi paytaxt Bağdad başda olmaqla müxtǝlif şǝhǝrlǝrdǝ iki hǝftǝdir davam edǝn korrupsiyaya qarşı etirazların ardından bir sıra köklü islahatlar hǝyata keçirilǝcǝyinǝ dair söz verib.
Minlǝrlǝ insanın aksiyalar zamanı sǝslǝndirdiği şüarlara qulaq asdığını ifadǝ edǝn Baş nazir hökumǝtin yüksǝk sǝviyyǝdǝki idarǝsindǝ Baş nazir müavinliyi vǝ vitse-prezidentlik daxil bir sıra kadrların lǝğv edilǝcǝyini bildirib.
Prezidentin biri şiǝ, digǝri isǝ sünni vǝ kürd olmaqla üç müavini var.
Gündǝmdǝ olan islahat planı hǝm fǝallığın artırılması hǝm dǝ xǝrclǝrin mǝhdud edilmǝsi mǝqsǝdi ilǝ nazirliklǝr vǝ müǝssisǝlǝrin sayının ixtisarını da ehtiva edir.
Әbadi açıqladığı islahatlar çǝrçivǝsindǝ rüşvǝtlǝ bağlı tǝdqiqatların yenidǝn başladılacağını ifadǝ edib. Bu çǝrçivǝdǝ vǝzifǝsindǝn istefa edǝn bir Baş nazir müavini haqqında rüşvǝt iddiaları da araşdırılmağa başlanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr