Döyüş təyyarələri İdlib Binniş bölgəsindəki tək səhra xəstəxana

Suriya ordusuna aid döyüş təyyarələri İdlib Binniş bölgəsindəki tək səhra xəstəxanasını bombalayaraq səhiyyə obyektinə böyük ziyan vurub.

321919

Rejimin hava hücumu zamanı xəstəxana yaxınlığındakı mülki yaşayış yerləri də ciddi zərər görüb. Suriya İnsan Haqqları Təşkilatının açıqlamasında bildirilir ki, rejim qüvvələri əleyhdarlarının nəzarətindəki yerlərə havadan barrel və vakuum bombaları, qurudan isə mərmi, top və raketlərlə hücum edilib.
Açıqlamada Suriya rejiminə bağlı güclərin hücumları nəticəsində İdlibdə 30, Deyruz Zorda 9, paytaxt Dəməşqin ətrafında 15, Derada 6, Hələb və Hamada bir nəfərin həlak olduğu ifadə edilib. Ölənlərdən 13-nün uşaq, 5-nin isə qadın olduğu qeyd edilib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr