56 DEAŞ terrorçusu öldürüldü

İraqda ordunun və beynəlxalq koalisiya qüvvələrinin terror təşkilatı DEAŞ-a istiqamətli hücumları davam edir.

315108
56 DEAŞ terrorçusu öldürüldü

  Ölkənin müxtəlif şəhərlərində təşkil edilən əməliyyatlarda 56 DEAŞ terrorçusu öldürülüb.

  Beynəlxalq koalisiya qüvvələri Ramadi şəhərində DEAŞ-a aid qərargah hədəf alıb, hava hücumlarında aralarında başçılarının olduğu 37 terrorçu öldürülüb və ağır silah yüklü 3 vasitə məhv edilib.

  Mosulun qərbindəki Telaferdə də DEAŞ-a aid olan bir tankerdə partlayış törədilib, 12 terrorçu ölüb.

  Ənbar əyalətində təhlükəsizlik gücləri ilə DEAŞ arasında çıxan qarşıdurmalarda 7 terrorçu öldürülüb.

  Səlahəddin elinə bağlı Samarra şəhərində də təşkilata aid çox sayda raket, mərmi və raket başlığı ələ keçirilib.

  Digər tərəfdən, DEAŞ da Mosulda "təhlükəsizlik gücləriylə iş birliyi etdiyi" səbəbiylə eyni ailədən 3 adamı edam edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr