Moqerininin Tehran görüşləri

Avropa İttifaqı Xarici Siyasət üzrə Ali nümayəndəsi Federika Moqerini (Federica Mogherini) Səudiyyə Ərəbistanından sonra İrana keçərək görüşlərdə olub.

305784
Moqerininin Tehran görüşləri

  İranla nüvə müqaviləsinin baş müzakirəçisi olan Moqerini Tehranda Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

  Görüş zamanı İran və Avropa İttifaqı arasında enerji, terrorizmlə mübarizə və insan haqqları mövzuları müzakirə olunub.

  İranlı nazir müxtəlif sahələrdə əməkdaşlığa başlamaq üçün Avropa İttifaqı ilə razılığa gəldiklərini bildirib.

  Moqerini də öz növbəsində İranla nüvə müqaviləsinin həyata keçməsinin siyasi iradə və əlaqədar tərəflərin göstərəcəyi səbrə bağlı olduğunu deyib.

  İranla əməkdaşlığın özləri üçün çox əhəmiyyətli olduğunu vurğulayan Moqerini müqavilənin İran və Qərb arasında əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacağını söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr