Seyf Qəddafiyə edam cəzası verildi

Liviya məhkəməsi Liviyanın keçmiş rəhbəri Muammer Qəddafinin oğlu Seyf Qəddafi və 8 nəfərə edam cəzası kəsib.

305364
Seyf Qəddafiyə edam cəzası verildi

  Seyf Qəddafi məhkəməyə gəlməyib.

  Edam cəzasına məhkum olunanlar arasında Kəşfiyyat İdarəsinin əvvəlki müdiri Abdullah Senussi və keçmiş baş nazir Əl Bağdadi Əl Mahmudi də var.

  Edam cəzaları 2011-ci ildəki qiyamlarda işlənən cinayətlərə görə verilib.

   Açıqlanan qərar insan hüquqları təşkilatlarının əks reaksiyasına səbəb olub.

  Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ofisi də qərardan duyduğu narahatlığı dilə gətirib.Verilən şərhdə məhkəmə prosesinin yaxından təqib edildiyi və beynəlxalq ədalətli mühakimə standartlarının həyata keçmədiyi bildirilib.

  Qeyd edək ki, keçən ilin aprel ayında da paytaxt Trablusda açılan iddia insan hüquqları təşkilatları tərəfindən tənqid olunmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr