Misir əsgərlərinə silahlı hücum

Sina Yarımadasında Misir silahlı qüvvələrinin hədəf götürüldüyü hücumlarda 8 əsgər həyatını itirib.

346000
Misir əsgərlərinə silahlı hücum

Misir rəsmi xəbər agentliyi MENA-nın mәlfumatına görә , Şimali Sinadan yerlәşәn Şeyx Zuveyd bölgəsində şəxsiyyəti namәlum silahlı şəxslərin hәrbi nәzarәt mәntәqәsinә təşkil etdiklәri hücumda 5 əsgər ölüb, çox sayda hәrbçi yaralanıb. 

Misir ordu nümayәndәsi Məhəmməd Samir isə Şeyx Zuveydde hərbi bölgəyə bir top güllәsinin atılması nәticәsindә 3 əsgərin öldüyünü 4-nün yaralandığını qayd edib.
Havadan dəstək verilәn Misir ordusunun Əl-Mehdiy, Ət-Tevme, Ez-Zevaraa bölgələrində hələ də bir çox mövqeyә hücum tәşkil etdiyini ifadə edən Samir, "Silahlı qüvvələrin, terrorçuların toplandıqları Cəbəl əl-Uleyka bölgəsinә istiqamәtli hücumu nәticәsindә 20 terrorist öldürülüb vә terror qruplaşmalara mәxsus iki hәrbi texnika məhv edilib” deyә vurğulayıb.
Şeyx Zuveyd şәhәrindәki nәzarәt mintәqәsinә tәşkil edilәn hücumlara görә mәsuliyyәti DEAŞ-a mәnsub Sina Vilayəti adlı təşkilat üzәrinә götürüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr