Razılaşmadan sonra Tehran küçələri şənlik mərasiminə dönüb

İran Qərb dövlətlərilə illərdir davam edən nüvə münaqişəsini keçməyi bacardı.

345337
Razılaşmadan sonra Tehran küçələri şənlik mərasiminə dönüb

  Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramı üzərində əldə olunan razılaşma Tehran küçələrini şənlik mərasiminə çevirib.

  İranlı gənc qadın və kişilər Tehran küçələrinin vazgeçilməzi olan motosikletlərilə küçələri şütüyüblər.

  Polis də küçələrdə yaşananlara təmkinlə yanaşıb.

  İran bayraqları və Həsən Ruhaninin portretlərini gənclər küçələrdə "Təşəkkürlər, Ruhani", "Təşəkkürlər, Zərif" şüarları veriblər.

  Artıq İran iqtisadiyyatına böyük zərbə vuran sanksiyalar tamamilə aradan qaldırılacaq, ölkəyə sabitlik gələcək və İran xalqının gündəlik həyatı asanlaşacaq.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr