Ərəbistan Ramazanda atəş açmamaq vədini pozdu

Yəməndə atəşkəs şənbə gecəsindən qüvvəyə minmişdi. Amma üstündən heç 2 saat keçməmiş Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya güclərinə aid təyyarələr paytaxt Sanaya atəşlər yağdırdı, partlayışlar törəndi.

378613
Ərəbistan Ramazanda atəş açmamaq vədini pozdu

  Təəssüf ki, atəşkəs başlamadan az əvvəl həm Husi, həm də Səudiyyə Ərəbistanından atəşkəsin davam etməyəcəyi haqqında ümidsiz şərhlər gəlmişdi.

  Qeyd edək ki, Səudiyyə Ərəbistanı liderliyindəki beynəlxalq koalisiyanın husilərə qarşı 26 martdan başlanan hava hücumlarında Yəməndə bu günə qədər 3 mindən çox insan ölüb. Ramazan ayının sonuna qədər davam etməsi planlaşdırılan atəşkəs müddətində milyonlarla vətəndaşa humanitar yardım gətirilməliydi. Birləşmiş Millətlər Təşkilatının yüksək səviyyəli rəsmiləri ölkədə ölümcül qıtlıq olduğunu bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr