Beynəlxalq Qüds günü

İran, İraq və Livanda Beynəlxalq Qüds günü qeyd olunub.

378627
Beynəlxalq Qüds günü

  Nümayişlərdə İsrail və Amerika Birləşmiş Ştatları ilə yanaşı Səudiyyə Ərəbistanı əleyhinə də şüarlar səslənib.

  İranın paytaxtı Tehranda olan nümayiş tədbirlərində prezidenti Həsən Ruhani də iştirak edib, amma çıxış etməyib.

  İraq və Livandakı nümayişlərdə İsraillə birlikdə DEAŞ da lənətlənib.

  Livandakı nümayişdə danışan Hizbullah lideri Həsən Nəsrullah bu fikirləri səsləndirib: “Fələstin Müqavimətinin tək və gerçək hamisi İrandır. İrana qarşı olmaq Fələstinə də qarşı olmaq deməkdir”.

  Qeyd edək ki, İran İslam İnqilabının lideri Ayətullah Xomeyni 1979-cu ildə Fələstin Müqavimətinə həmrəy olduğunu bildirmək üçün Ramazan ayının son cüməsini Qüds günü elan edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr