Qəzza döyüşlərinin qurbanı olan uşaqlar unudulmadı

Gənc Jurnalistlər Klubu və Döyüşün Uşaq Qurbanları Forumu Qəzza zolağında konteynerlərdə yaşayan uşaqlar üçün iftar və əyləncə proqramı təşkil ediblər.

344457
Qəzza döyüşlərinin qurbanı olan uşaqlar unudulmadı

İsrailin ötən yay təşkil etdiyi hücumlarda evləri dağıdılan ailələrin sığındığı konteynerlərdə yaşayan uşaqlar çizgi film qəhrəmanlarının libaslarını geyən animatorlarla birgə əyləniblər. Mərasimdə 600 nəfər uşaq iştirak edib.
Xatırladaq ki, ötən ilin iyulun 7-də İsrailin Qəzzaya başlatdığı və 51 gün davam edən hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla ümumilikdə 2 min 157 nəfər həyatını itirib, 11 mindən çox insan yaralanmışdı.
Hücumlarda 17 min 200 ev, 73 məscid və 24 məktəb tamamilə dağıdılıb, minlərlə bina ziyan görüb.

BMT statistikalarına görə, təxminən 500 min adam evlərini tərk edərək məktəblərə sığınmaq məcburiyyətində qaldı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr