Yunanıstana əlavə müddət

Yunanıstandakı referendumdan sonra Brüsseldə avro bölgəsi liderləri təcili bir araya gələrək Yunanıstana konkret bir təklif verməsi üçün sabaha (cümə axşamı) qədər vaxt veriblər.

336663
Yunanıstana əlavə müddət

  Yunanıstan Baş naziri Aleksis Çiprasın 47 səhifəlik təklifi barədə fikir mübadiləsi aparan liderlər kredit kranlarının təkrar açılmasını kafi hesab etmədiklərini bildiriblər.

  Çiprasın müzakirəyə çıxardığı təklif əvvəlkinin eyni olduğu üçün ona daha əhatəli və konkret bir islahat planı hazırlamaq üçün sabaha qədər əlavə vaxt verilib.

  Avro bölgəsi liderləri Yunanıstanın vəziyyətini həll etmək üçün 12 iyul bazar günü son dəfə toplanacaqlarını bildiriblər.

  Avropa Şurasının sədri Donald Tusk yığıncaqdan sonra verdiyi məlumatda "bu həftə son müddətdir" deyərək onu da bildirib ki, "Yunanıstanın iflası və bankların dağılması bütün Avropaya təsir edər. Bunun əksini düşünmək sadəlövhlük olar".

  Yunanıstanla uzlaşılması üçün Amerika Birləşmiş Ştatları də dövrəyə girib. Amerika prezidenti Barak Obama toplantıdan əvvəl liderlərlə telefon danışıqlarında Yunanıstanın avro bölgəsində qalmasını vacib saydığını deyib.

  Amma Almaniya Yunanıstandan konkret və əhatəli bir plan tələb edir. Almaniyanın Baş naziri Ancela Merkel bazar günü Yunanıstanı qurtarma proqramına ya bəli, ya xeyr deyə konkret bir söz deyiləcəyini bildirib və “Yunanıstanın bir qisim borcunun silinməsi müzakirə oluna bilməz” deyib.

  İtaliyanın Baş naziri Matteo Renzi isə "Ümid edirəm ki, bazar günü Yunanıstan üçün son toplantımız olar" deyə bildirib. 

  Yunanıstan baş naziri Çipras isə təklif təqdim etdiklərini və hədəflərinin həftə sonuna qədər bir razılaşma təmin edilməsi olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr