ABŞ-dan DEAŞ-a daha bir zərbə

ABŞ-na aid pilotsuz hava qurğusu vasitəsilə təşkil edilən hücumlarda terror təşkilatı DEAŞ-ın 49 üzvü öldürülüb.

335593
ABŞ-dan DEAŞ-a daha bir zərbə

Əfqanıstanın şərqindəki Nangarhar şəhərində ABŞ-na aid pilotsuz hava qurğusu vasitəsilə təşkil edilən hücumlarda terror təşkilatı DEAŞ-ın 49 üzvü öldürülüb.
Bu barədə açıqlamanı Nangarhar qubernatorluğunun sözçüsü Əhməd Ziya Abdulzai verib. Bildirib ki, terrorçuların toplantı keçirmək üçün bir araya gəldiyi vaxt 2 hücum təşkil edilib. İlk hücumda 12, ikinci hücumda 37 terrorçu öldürülüb.
Son aylarda Əfqanıstanın şərq bölgəsində DEAŞ-ın fəaliyyəti daha da artıb, təşkilat tez-tez Talibanla qarşıdurmaya girir.
DEAŞ-la planlı şəkildə mübarizə aparan əfqan hökuməti təşkilatın ölkə üçün çox ciddi təhdid olduğunu deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr