Poroşenko Qərbi yeni sanksiyalar tətbiq etməyə çağırıb

Prezident bunu ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşündə deyib

330981
Poroşenko Qərbi yeni sanksiyalar tətbiq etməyə çağırıb

Ukrayna prezidenti Pyotr Poroşenko, Donbas münaqişəsinin gərginləşəcəyi təqdirdə, Qərbi, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. Məlumata əsasən prezident bunu ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşündə deyib. “Minsk razılaşmasının pozulacağı təqdirdə bizə effektiv plan lazımdır. Söhbət yeni sanksiyalar dalğasından gedir. Rusiya ukraynalıların qətlinə və Ukraynanın işğalına görə layıq olduğu cəzanı almalıdır” deyə Poroşenko söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr