Misir bombalı hücumlarla sarsılıb

Sinada bomba ilә tәchiz edilәn avtomoblәrin partladılması nәticәsindә 70 nәfәr hәyatını itirib.

328188
Misir bombalı hücumlarla sarsılıb

Sinanın şimalında hərbi nəzarət mәntәqәlәrinә eyni vaxtda həyata keçirilən hücumlarda altı fərqli yer hәdәf götürülüb.
Partlayışlardan sonra terrorçular ilә tәhlükәsizlik qüvvәlәri arasında baş verәn qarşıdurmada 4-ü yüksәk rütbәli olmaqla 17 Misirli әsgәr hәyatını itirib. 13 əsgər də xәsarәt alıb. Çox sayda әsgәr isә әsir götürülüb. Hücuma görә mәsuliyyәti DEAŞ üzәrinә götürüb.
Misir hava qüvvәlәrinә mәxsus qırıcılar qanlı hadisәdәn sonra DEAŞ mövqelərinә bosba yağdırıblar.
Misir müdafiə nazirliyinin mәlumatına görә 100-dən çox DEAŞ mәnsubu silahlı, zәrәrsizlәşdirilib.
Misirli səlahiyyətlilər, bölgə terroristlərdən təmizlənənə qədər əməliyyatların davam edəcəyini qeyd edirlәr.
Digәr tәrәfdәn Misir hökuməti terrora qarşı mübarizә aparılmasını nәzәrdә tutan qanun qәbul edib. Sərt tədbirlər ehtiva edən qanun preziden tәrәfindәn tәsdiq edildikdәn sonra qüvvәyә minәcәk.
Qeyd edәk ki, Türkiyə, Misirdəki hərbi nəzarət mәntәqәlәrinә təşkil edilən və çox sayda əsgərin həyatını itirməsi ilə nəticələnən hücumları pislәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr