İraqda 36 DAEŞ üzvü öldürüldü

Hücum nəticəsində 3 hərbi texnika yararsız hala gətirilib

326888
İraqda 36 DAEŞ üzvü öldürüldü

İraqın Səlahaddin və Ənbar vilayətlərində baş verən qarşıdurmalarda DAEŞ qruplaşmasının 36 üzvü öldürülüb. Təhlükəsizlik güclərinin Səlahəddin vilayətinin 2 bölgəsinə eyni vaxtda təşkil etdiyi əməliyyat zamanı qruplaşmanın 17 üzvü məhv edilib. Bundan başqa silahlı qrupların olduğu sahələrə hücum nəticəsində 3 hərbi texnika yararsız hala gətirilib. DAEŞ-in nəzarətində olan digər bölgələrdə də qarşıdurma yaranıb, nəticədə qrup üzvlərindən ümumilikdə 36-sı öldürülüb, 5-i isə yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr