DEAŞ-ın "maliyyə naziri" partlayıb

İraq Kürdüstan Demokrat Partiyasının (KDP) Mosul üzrə məsulu Sait Memuzini məlumat verib ki, "DEAŞ-ın sözdə Maliyyə naziri Məhəmməd Zelan və onu müşayiət edən 4 mühafizəçi yerə döşənmiş minanın partlaması nəticəsində ölüb”.

316384
  DEAŞ-ın "maliyyə naziri" partlayıb

  Zelan və mühafizəçiləri Geyara qəsəbəsindən Musula dönərkən ABŞ liderliyindəki koalisiya təyyarələrinin hücumuna tuş gəlməmək üçün başqa yoldan istifadə etmək qərarına gəliblər. Amma Mosulun Müstəqil Gəncləri təşkilatı tərəfindən döşənilən minanın partlaması nəticəsində hadisə yerində keçiniblər.

  Memuzini ölənlərin İraq vətəndaşı olduğunu bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr