Suriya yenə qan gölünə dönüb

Əsədə məxsus qüvvələrin Hələbdə müxalifətin nəzarətindəki məntəqələrə çəllək bombalarla həyata keçirdiyi hücumlarda 14 nəfər ölüb, 24 nəfər yaralanıb. Bombardımanlar nəticəsində onlarla ev dağılıb.

313725
Suriya yenə qan gölünə dönüb

  Digər tərəfdən koalisiya qüvvələrinin İraq və Suriyada hava hücumları davam edir.

  İraq Kürdüstan Demokrat Partiyası Amerika Birləşmiş Ştatlarının rəhbərliyilə koalisiya qüvvələrinin həyata keçirdiyi hava hücumları nəticəsində DEAŞ-ın Mosulda idarəsini itirdiyi, təşkilatın şəhər üzərində heç bir nəzarətinin qalmadığını bildirib.

  İraqın paytaxtı Bağdadın müxtəlif bölgələrində meydana gələn bombalı hücumlarda isə 6 nəfər ölüb, 17 nəfər yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr