İran nüvə razılaşması şərtlərini açıqlayıb

İran “altılıq” ölkələri ilə yekun razılaşmanın əldə olunması üçün öz şərtlərini açıqlayıb.

313362
İran nüvə razılaşması  şərtlərini  açıqlayıb

İran, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadan ibarət "5 + 1 qrupu" arasında keçirilən nüvə müzakirələri davam etdiyi bir vaxtda iranlı millət vəkilləri "Nüvə hüquqlarının müdafiəsi layihəsi" ni təsdiqləyib.
Layihə məclisdə keçirilən səsvermədə 199 millət vəkilinin lehinə səsverməsi ilə qəbul edilib. İran İslam Şurası Məclisinin sədri Əli Laricani milli mənafelərin qorunması və nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsi istiqamətində “5 + 1” qrupu ilə həyata keçirilən nüvə müzakirələrində əldə ediləcək hər cür nəticənin təsdiqlənən qanunla uygunlaşdığı təqdirdə etibarlı olacağını bildirib.
İran “5 + 1” ölkələri ilə sanksiyaları aradan qaldıran və nüvə fəaliyyətlərini məhdudlaşdıran əhatəli bir razılaşmaya nail olmaq istəsə də, tərəflər arasında sanksiyaların necə qaldırılacağı və nüvə fəaliyyətlərinə necə nəzarət ediləcəyi mövzusunda anlaşılmazlıqlar mövcuddur.
Tərəflər, aprelin 2-də İsveçrənin Lozanna şəhərində razılığa gəlib və yekun razılaşma mətninin iyunun 30-na qədər tamamlanması nəzərdə tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr