Barrel bombalı hücumların qarşısının alınması üçün BMT-yə çağırı

Suriya rejiminin barrel bombalı hücumlarını davam etdirməsi və çoxlu sayda insanın həyatını itirməsi səbəbilə bir qrup ölkə BMT-dən bu hücumların qarşısını almağı tələb edib.

309904

Türkiyənin də daxil olduğu 71 ölkənin dəstək verdiyi məktub BMT-nin Baş katibi Pan Gi-Mun, BMT Baş Məclisin sədri və BMT Təhlükəsizlik Şurasının rəhbərliyinə göndərilib. Məktubda Suriya Hava Qüvvələrinin sistematik olaraq barrel bombasından istifadə etməsi qınanır. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan də Mistura da dünən yekunlaşdırdığı Dəməşq ziyarətində mövzunu gündəmə gətirib və vətəndaşların təhlükəsizliyi üçün hökumətlərin məsuliyyət daşıdığını xatırladaraq Əsəd rejiminin barrel bombalı hücumlarını sərt tənqid edib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr